AZ

Millimiz Yunanıstana məğlub oldu

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində səfərdə Yunanıstana məğlub olub.


News365.az xəbər verir ki, Afinadakı "DAİS Sports Hall"da baş tutan V qrupun matçında yığma 2:3 hesabı ilə uduzub.


Millimizin heyətində Kənan Manafov (32, 39) dubl müəllifi olub.


Qeyd edək ki, tərəflər arasında Bakıda baş tutan ilk matçda qalib müəyyənləşməyib - 2:2.

Seçilən
41
10
news365.az

10Mənbələr