Səudiyyə Ərəbistanında Vaşinqton və Kiyev nümayəndə heyətləri arasında keçirilən danışıqlarda Rusiya və Ukrayna arasında hərbi əsirlərin və məhbusların mübadiləsi məsələsi müzakirə olunub.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Ciddədə ABŞ-Ukrayna görüşünün yekunlaşmasından sonra jurnalistlərə deyib.
"Baxın, biz bir sıra məsələləri müzakirə etdik: hərbi əsirlərin, məhbusların və digərlərinin mübadiləsi. Amma hərbi əməliyyatlar dayandırılmalıdır. Yəni, biz bu gün bununla bağlı razılığa gəldik", - Amerika liderinin müşaviri bildirib.
"Biz "müharibə bitərsə"dən "müharibə necə bitərsə"yə keçdik. Bu, vacib bir ilk addım idi", - o deyib.
Turan İSMAYIL