UEFA Çempionlar Liqasında 2024/25 mövsümünün ilk 1/4 finalçısı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu hüquqa hamıdan tez İspaniyanın "Barselona" klubu yiyələnib.

Kataloniya təmsilçisi "Benfika"nı (Portuqaliya) 1/8 final mərhələsinin hər iki görüşündə məğlub edib. Digər 1/4 finalçılar bu gecə və sabah məlum olacaq.

ÇL, 1/8 final mərhələsi, cavab matçı

"Barselona" - "Benfika" 3:1

Rafinya, 11; 42; Lamin Yamal, 27 - Nikolas Otamendi, 13

İlk oyun - 1:0