AZ

“Birbaşa Bakı” komandası minifutbol üzrə Azərbaycan çempionu olub

Bakı, 11 mart, AZƏRTAC

Minifutbol üzrə Azərbaycan çempionu bəlli olub.

AZƏRTAC xəbər verir ki, finalda “Zirə” və “Birbaşa Bakı” komandaları qarşılaşıb. Bakı Tennis Akademiyasında keçirilən oyun ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ötən mövsüm də “Birbaşa Bakı” ölkə çempionu olmuşdu. Üçüncü yer uğrunda oyunda “Aznur” və “Galaxy” komandaları üz-üzə gəlib. Qalibin adı penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan “Aznur” kollektivi bürünc medallara sahib çıxıb.

Seçilən
28
34
azertag.az

10Mənbələr