AZ

"Real"a keçəcəyinə dair xəbərlərə cavab verdi

style='margin-bottom:10px;'>

"Arsenal"ın futbolçusu Uilyam Saliba “Real”a keçəcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

QOL.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi bu məlumatları təkzib edib: 

"Mən burada - "Arsenal"da çox xoşbəxtəm. Müqaviləmin bitməsinə hələ 2 il yarım var. "Arsenal"da oynamağa davam etmək, böyük uğurlar qazanmaq istəyirəm. Əgər bu klubdan heç nə qazanmadan ayrılsan, azarkeşlər səni unudacaqlar. Məqsədim “Arsenal”la kuboklar əldə etməkdir. Hələlik yeni müqavilə bağlamaq üzərində işləmirik. İndi tələsmək üçün heç bir səbəb yoxdur".

Xatırladaq ki, Uilyam Salibanın "Arsenal"la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, cari mövsüm klub səviyyəsində 38 matça çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.

Seçilən
65
teleqraf.com

1Mənbələr