AZ

“Traktor” ÇL-də yarımfinala yüksələ bilmədi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2024/25 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz təmsilçisi turnirin 1/4 final mərhələsi çərçivəsində Səudiyyə Ərəbistanının “Əl-Taavun” kollektivi ilə qarşılaşıb.

“Traktorçular” səfərdə qarşılaşdıqları bu rəqibə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıblar. Matçın əsas vaxtı 1:1 hesabıyla yekunlaşıb. Əlavə vaxtda komandalar hərəyə daha 1 qol vurublar – 2:2. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Əl-Taavun” növbəti mərhələyə yüksəlib – 4:2. Təbriz klubu isə mübarizəni dayandırıb.

Xatırladaq ki, tərəflər arasında Təbrizdə keçirilmiş ilk oyunda qapılara qol vurulmamışdı – 0:0.

“Traktor” İran çempionatında da uğurlu mövsüm keçirir. Komanda hazırda 21 oyuna topladığı 45 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Təbriz klubu 21 oyunda 14 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyət görüb.

Seçilən
33
arena.az

1Mənbələr