AZ

Almaniyada yük maşınının tramvayla toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Almaniyanın cənub-qərbində Ubştadt-Vayer (Baden-Vürtemberq) icmasında yük maşınının tramvayla toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, qəza saat 14:15 radələrində (Bakı vaxtı ilə 17:15) dəmir yolu keçidində baş verib. İlkin məlumata görə, yük maşınının sürücüsü qısa yoldan istifadə etmək qərarına gəlib və kəsişməni keçərkən işıqforun qırmızı işığına məhəl qoymayıb.

Qeyd olunur ki, toqquşma zamanı tramvayda yeddi sərnişin olub, onlardan üçü yüngül xəsarətlər alıb. Tramvayın qarşısından onun sürücüsünə aid olduğu ehtimal edilən meyit çıxarılıb. Tankerin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Magistral yol hər iki istiqamətdə bağlanıb. Xilasetmə xidmətləri genişmiqyaslı əməliyyat keçirir.

Seçilən
1
50
report.az

10Mənbələr