AZ

ATƏT Ukraynada münaqişənin qarşısının alınmasında heç bir rol oynamayıb – Peskov

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynada münaqişənin qarşısının alınmasında heç bir rol oynamayıb. Onun fikrincə, regional beynəlxalq struktur bunu edə bilərdi.

Editor.az xəbər verir ki, Peskov bu sözləri martın 11-də jurnalistlərlə görüşündə deyib. “Bu təşkilatın böyük problemləri var. O, münaqişənin qarşısını almaqda heç bir rol oynamadı”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüş keçirib. Görüşdə nazir qeyd edib ki,  ATƏT-in ilkin məqsəd və prinsipləri kobud şəkildə pozulur və onlara məhəl qoyulmur. Təşkilatın böhranı NATO və Avropa İttifaqının fəaliyyəti ilə bağlıdır.

Sinirlioğlu “ATƏT-in ən yaxşı formada olmadığını” etiraf edib və onu “keçmiş aktuallığını” bərpa etməyə çağırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
9
1
editor.az

2Mənbələr