AZ

Vens yaxın qohumunun Ukrayna ordusunda vuruşmasına münasibət bildirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens yaxın qohumu Neyt Vensin Ukrayna Silahlı Qüvvələrinin tərkibində vuruşmasına dair məlumata münasibət bildirib.
Oxu.Az xəbər verir ki, o, "Fox News" telekanalına müsahibəsində yaxın qohumunun xidmət keçdiyi barədə açıq şəkildə heç vaxt danışmadığını söyləyib.
"Onun həyatını daha çox təhlükəyə məruz qoymamaq üçün bu barədə heç vaxt danışmamışam. Neyti həmişə tanıdığım ən güclü insan hesab etmişəm. Onunla danışmağa həmişə şadam", - deyə vitse-prezident vurğulayıb.
Qeyd edək ki, N.Vens 2022-ci ildən Ukrayna ordusunun tərkibində döyüşüb. O, Ukraynada üç il keçirib və bunun iki il yarımını ən gərgin cəbhələrdə döyüşməyə sərf edib.
Seçilən
47
1
oxu.az

10Mənbələr