AZ

ABŞ Ukraynaya hərbi yardımı bərpa etdi

ABŞ Səudiyyə Ərəbistanında danışıqlar zamanı verdiyi vədi yerinə yetirərək Ukrayna ordusuna hərbi yardımı bərpa edib.

 

Bu barədə Ukraynanın Prezident Administrasiyası rəhbərinin müavini Pavlo Palisa öz “Facebook” səhifəsində məlumat verib.

 

"Razılaşmalar həyata keçirilməyə başlayır. Mübarizə davam edir!", - deyə o bildirib.

 

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald Trampla Ağ Evdə jurnalistlərin qarşısında mübahisəsindən sonra ABŞ Ukraynaya silah tədarükünü dayandırmışdı.

 

APA

Tarix: 12 Mart 2025, 07:05   
Seçilən
24
10
pravda.az

10Mənbələr