"Roma" futbolçusu Leandro Paredeslə müqaviləni uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
30 yaşlı argentinalı yarımmüdafiəçinin bu mövsümün sonunda başa çatacaq sözləşməsinin müddəti daha bir il artırılıb.
Qeyd edək ki, "Roma" Leandro Paredesi 2023-cü ilin yayında PSJ-dən transfer edib. Argentina millisi ilə dünya çempionu olmuş (DÇ-2022) futbolçu bu mövsüm 27 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta