AZ

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Bu gün İmişli, Salyan və Şirvanda qaz təchizatında fasilələr yaranacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, İmişli rayonu üzrə İmişli QPS-dən qidalanan M.Müşfiq və Şıxlinski küçələrində müxtəlif diametrli qaz xətlərində qaz sızmalarının ləğvi və təmir işlərinin görülməsi ilə əlaqədar olaraq, 12.03.2025-ci il saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan küçələrdə (573 abonent) qaz təminatının daxildən dayandırılması planlaşdırılır.

Həmçinin Salyan rayonunun Yuxarı Noxudlu kəndində vətəndaşa məxsus fərdi yaşayış evinin qarşısından keçən 76 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə, 12.03.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan kənddə (236 abonent) qaz təminatının daxildən dayandırılması planlaşdırılır.

Seçilən
18
7
demokrat.az

8Mənbələr