Azərbaycanda tanınmış cərrah vəfat etdi - FOTO
Azərbaycanda tanınmış cərrah vəfat edib. Manset.az xəbər verir ki, həkim Ramiz Məlikov bu gün dünyasını dəyişib. O, 5 saylı Şəhər Klinik Xəstəxanasında çalışıb. Qeyd edək ki, bir neçə il əvvəl ona böyrək köçürülmüşdü. R.Məlikov sabah Cəlilabad rayonunun Şatırlı kəndində dəfn olunacaq. 