AZ

Ekvador narkotiklərlə mübarizəyə “Blackwater”in təsisçisini cəlb edəcək

Ekvador Prezidenti Daniel Noboa ölkənin narkotik vasitələrin qanunsuz ticarəti ilə mübarizə və sahil sularını qorumaq qabiliyyətini gücləndirmək üçün “Blackwater” özəl hərbi şirkətin yaradıcısı Erik Prince ilə strateji ittifaqın yaradıldığını elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə D.Noboa “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Mütəşəkkil cinayətkarlıq qorxu yaradıb və cəzasız fəaliyyət göstərə biləcəyinə inanırdı. Onların vaxtı çatıb. Ekvador xaricə yardıma üz tutur. "Blackwater" şirkətinin yaradıcısı Erik Prinslə görüşdə narkotik terrorizmi ilə mübarizə qabiliyyətimizi gücləndirmək və sularımızı qanunsuz balıqçılıqdan qorumaq üçün strateji ittifaq yaratdıq", - paylaşımda bildirilir.

Seçilən
15
1
ikisahil.az

10Mənbələr