AZ

Salah göz yaşını saxlaya bilmədi

"Liverpul"un UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında evdə PSJ-yə məğlub olaraq mübarizəni dayandırması (0:1; pen-1:4) mersisaydlıların əsas ulduzu Məhəmməd Salaha pis təsir edib.

Publika.az xəbər verir ki, oyun bitdikdən sonra misirli vinger azarkeşlərə dəstəkləri üçün təşəkkür edib. Bu zaman göz yaşlarını saxlaya bilməyib

O, penaltilər seriyasında Canluici Donnarumma qapısına qol vuran yeganə "Liverpul" futbolçusu olub. Onun komanda yoldaşları Körtis Cons və Darvin Nunyes italyan qapıçını məyus edə bilməyib.

Heybət

Seçilən
17
publika.az

1Mənbələr