Bakı.Trend:
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-in “Professor Gül”gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb.
Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Qeyd edilib ki, təmir işləri "Zığ" Gəmi Təmiri və TikintisiZavodunda aparılıb.
Gəmi üzrə gövdə qaynaq, avtomatika və boru işləri görülüb,müxtəlif təyinatlı nasoslar təmir olunub. Bərənin sualtı və suüstühissəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayışşəraitini yaxşılaşdırmaq üçün kayutlarda lazımi işlər görülüb.
Gəmidə nasaz vəziyyətdə olan rabitə və elektroradionaviqasiyaavadanlıqları da yenilənib. Həmçinin gəmi-bərədə müasir tip“Inmarsat-C” peyk rabitə terminalları, orta və qısa dalğalıradiostansiya, stasionar ultraqısa dalğalı radiostansiyalar, qəzaradiomayakı, qəza-xilasetmə radiostansiyalar və vericilər,Avtomatik İdentifikasiya Sistemi (AIS), radiolokasiya stansiyası,girokompas quraşdırılıb.
Təmir işləri başa çatdıqdan sonra gəmi-bərə yenidən istismaraqaytarılıb.
Uzunluğu 154,5 metr, eni 18,3 metr olan “Professor Gül”gəmi-bərəsinin maksimal sürəti 15 uzeldir.