AZ

Pakistanda 450 girovdan 155-i azad edildi – Fotolar

Xəbər verdiyimiz kimi, dünən Pakistanda “Bəlucistan azadlıq ordusu” ekstremist qruplaşmasının döyüşçüləri sərnişin qatarında 450 nəfəri girov götürüb.

Tribunainfo.az-ın “Geo TV” telekanalına istinadən məlumatına görə, ölkənin təhlükəsizlik qüvvələri həmin sərnişinlərdən 155-ini azad edib.

Bildirilib ki, əməliyyat zamanı 30 ekstremist zərərsizləşdirilib. Hazırda digər sərnişinlərin azad edilməsi istiqamətində əməliyyat davam etdirilir.

Seçilən
20
5
tribunainfo.az

6Mənbələr