AZ

Azərbaycanda manatla ən baha kreditlərin verildiyi - 5 İQTİSADİ RAYON

2025-ci il fevralın ayının 1-nə banklar tərəfindən Azərbaycan regionlarına manatla kredit qoyuluşu, o cümlədən həmin kredit məblığlərinin orta faiz dərəcələri məlum olub.

FED.az  Mərkəzi Banka istinadən xəbər verir ki, milli valyutada regionlara 14,83%-lə 23,1 milyard manat kredit verilib. Onun da 14% dərəcə ilə 3,7 milyard manatı qısamüddətli, 14,92% dərəcə ilə 19,4 milyard manatı uzun müddətli kreditlərdir.

Milli valyutada ən baha kreditlərin verildiyi rayonlara Dağlıq Şirvan iqtisadi rayonu (19,41%), Şirvan-Şalyan iqtisadi rayonu (19,35%) , Qarabağ iqtisadi rayonu (19,20%), Lənkəran-Astara iqtisadi rayonu (19,11%), Mil-Muğan iqtisadi rayonu (19,01%) daxildir.

Seçilən
20
fed.az

1Mənbələr