Aprelin 30-dək UPOS terminalı quraşdıran yeni biznes müştəriləri üçün Unibank biznes kartı pulsuz olacaq. Kampaniyadan fiziki və hüquqi şəxs olan bütün sahibkarlar faydalana biləcəklər.
“Unibank” biznes kartı sahibi olmaq, qəbul edilən vəsaitin daha qısa müddətə köçürülməsi və kartda olan vəsaiti dərhal istifadə etmək və nağdlaşdırmaq imkanı yaradır.
Qeyd edək ki, UPOS ödənişləri mobil telefon vasitəsilə qəbul etmək üçün yaradılan POS-terminal xidmətidir.
UPOS-un əsas üstünlükləri:
∙ Əlavə POS-terminal cihazına ehtiyac yoxdur;
∙ 7/24 onlayn şəkildə qoşulma imkanı;
∙ Asanlıqla daşına bilən mobil cihazlardan istifadə edirsiniz;