SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Cəlilabad rayonunda vətəndaş qəbulu keçiriləcək. 14 mart saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Bu barədə “İki sahil” “Azəriqaz”a istinadə xəbər verir.
“Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional qaz istismarı İdarəsinə (tel: 051-792-79-95; 050-845-96-81) müraciət edə bilərlər”, - məlumatda qeyd olunur.