AZ

16 min manatlıq aliment borcu - üçüncü dəfə HƏBS EDİLDİ

Qazax Rayon Məhkəməsi aliment borcunu ödəməyən şəxslər bağlı qərar qəbul edib.

Modern.az-ın məlumatına görə, 44 yaşlı Qazax sakini 2017-ci ildən bəri iki övladı üçün məhkəmə tərəfindən müəyyən olunmuş alimenti tam ödəməyib.

Belə ki, onun ümumilikdə 24.5 min manat aliment borcu yaranıb, bunun 8100 manatını ödəyib, qalan 16,426 manat məbləğin isə icra olunmadığı müəyyən edilib.

Bu müddətdə ona icra məmurları tərəfindən dəfələrlə xəbərdaralıq edilib, hətta iki dəfə 15 və 20 günlük inzibati həbslə cəzalandırılıb. 

Məhkəmə qanuni qətnaməni icra etmədiyi üçün onu cəzalandırmağın zəruri olduğu qənaətinə gəlib.

44 yaşlı kişi Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
11
1
modern.az

2Mənbələr