AZ

Nazir sülh müqaviləsindən danışdı: “Çox yaxınıq”

“Münasibətlərin nizamlanması prosesinə gəlincə, deməliyəm ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsi üzərində işi başa çatdırmağa çox yaxınıq”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli kütləvi informasiya vasitələrinə müsahibəsində belə deyib. 

“Əgər biz sazişin işlənib hazırlanmasını əvvəlcə başa çatdıra bilsək, sonra onu imzalasaq, o, Cənubi Qafqazda sülhün və sabitliyin ən möhkəm sütunlarından birinə çevriləcək. Bu, həm də Azərbaycanla artıq əldə etdiyimiz digər addımları, danışıqları və razılaşmaları tamamlayır. 

Məsələn, cəmi bir neçə ay əvvəl biz iki dövlət arasında demarkasiya prosesi ilə məşğul olan sərhəd komissiyalarının işi haqqında əsasnaməni imzalamağa və sonra ratifikasiya etməyə nail olduq”,-deyə Mirzoyan qeyd edib. Xarici işlər nazirinin sözlərinə görə, Ermənistan Azərbaycana silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizminin yaradılmasını təklif edib. 

“Beləliklə, bütün bu vasitələr regionumuzda uzunmüddətli və sabit sülhün bərqərar olmasına kömək edə bilər. Bu, hər iki tərəfin və hər iki ölkənin konstruktiv addımlarını alqışlayaraq müsbət rol oynaya bilər. Digər tərəfdən, onu da qeyd etməliyəm ki, Azərbaycanla razılaşmalar birbaşa ikitərəfli danışıqlar yolu ilə əldə olunub. Ümid edirəm ki, bu məqsədə tezliklə nail olacağıq”,-deyə Mirzoyan bildirib. 

Seçilən
22
2
cebheinfo.az

4Mənbələr