Müasir Azərbaycanda gender, ailə-nikah münasibətləri və cəmiyyətin özəyi kimi ailə bəzən neqativ təsirlərə məruz qalır.
Bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu təsirlərlə yanaşı hüquqi savadsızlıq, ailələrə kənar müdaxilələrin olması və bir sıra digər amillər ailə institutuna ciddi zərbə vurur:
“Bu da nəticədə ailələrin dağılmasına səbəb olur”.
A.Bağırov qeyd edib ki, hər bir sahədə olduğu kimi ailə, qadın və uşaq hüquqlarının təmini və qorunması sahəsində də müəyyən boşluqlar mövcuddur: