AZ

Qiymətlər artmağa başlayır – İllik inflyasiya 5,5%-ə yüksəldi

2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi 2024-cü ilin fevral ayına nisbətən 5,5 faiz artıb.

Valyuta.az bu barədə rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, istehlak qiymətləri qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5,7 faiz, qeyri-qida məhsulları üzrə 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 7,4 faiz artıb.

2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4 faiz artıb.

2025-ci ilin fevral ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,4 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artıb.

Seçilən
5
19
valyuta.az

10Mənbələr