AZ

Azərbaycan millisi Bakıda "Krasnodar" klubu ilə yoldaşlıq matçı keçirəcək

Azərbaycanın çimərlik futbolu millisi Bakıda Rusiyanın "Krasnodar" klubu ilə yoldaşlıq matçı keçirəcək.

Bu barədə "Report"a yığmanın baş məşqçisi Sahib Məmmədov məlumat verib.

May ayında “Krasnodar” təlim-məşq toplanışı üçün Azərbaycana gələcək. Rusiya klubu Bakıda hazırlıq keçəcəyi müddətdə Azərbaycan millisi ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsinin A qrupunda Litva, İngiltərə və Belçika ilə mübarizə aparacaq.

Seçilən
17
1
report.az

10Mənbələr