Türkiyənin Aydın vilayətində 4 uşaq anası 35 yaşlı Meltem Menteşeli maşınının yanında başından güllələnmiş halda ölü tapılıb.
News24.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
Əldə edilən məlumata görə, yol kənarında avtomobilin yanında qanlar içində qadını görən vətəndaşlar vəziyyəti polisə bildiriblər. Xəbər üzərinə hadisə yerinə jandarma və təcili yardım gəlib.
Hadisə yerinə gələn təcili yardım əməkdaşları, 4 uşaq anası Meltem Menteşelinin öldüyünü müəyyən edib. Müayinədən sonra qadının cəsədi xəstəxananın morquna aparılıb.
Jandarma qrupları hadisələ əlaqədar geniş araşdırmalara başlayıb./Musavat.com