AZ

"Liverpul" tarixində ilk

style='margin-bottom:10px;'>

"Liverpul" ötən gecə tarixində ilki yaşayıb.

QOL.az xəbər verir ki, bu barədə "Opta Sports" məlumat yayıb.

"Mersisaydlılar" ilk dəfə Çempionlar Liqasında penaltilər seriyasında məğlub olublar.

"Liverpul" ötən gecə 1/8 final mərhələsinin cavab oyununda PSJ-yə 0:1 hesabı ilə uduzub. İlk görüşdə İngiltərə təmsilçisi eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. Burada komandalar fərqlənə bilməyiblər. Penaltilər seriyasında isə PSJ üstün olub və mərhələ adlayıb - 4:1.

Bu, "Liverpul"un Çempionlar Liqasında penaltilər seriyasında ilk məğlubiyyətidir. Komanda daha əvvəl 3 dəfə penaltilər seriyası keçirib və hər birində qələbə qazanıb.

Seçilən
56
3
teleqraf.com

4Mənbələr