AZ

Rusiya DİN-nin keçmiş idarə rəisi Moskvada saxlanılıb

Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin keçmiş rəisi, general-mayor Aleksandr Berejnoy Moskvada saxlanılıb.

Bu barədə "Baza" teleqram kanalı məlumat yayıb

Bildirilib ki, 49 yaşlı Berejnoy Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq hesab edir ki, o, 2023-cü ildə polis binasında yarımçıq qalan təmir işlərinin qəbuluna göstəriş verib. Berejnoy həmçinin "Neptun 550" adlı xidmət gəmisini qeydiyyata almaqda, saxta sənədlərdən istifadə etməkdə və ondan şəxsi məqsədlər üçün istifadə etməkdə şübhəli bilinir.

Seçilən
12
5
aznews.az

6Mənbələr