AZ

Rusiya ABŞ-nin atəşkəs təklifindən imtina edərsə, Moskvanı nə gözləyəcək?

Rusiya Ukraynada atəşkəs təklifini rədd edərsə, ABŞ Ukraynaya daha çox hərbi dəstək verməklə Moskvaya təzyiq göstərəcək.

Missiya.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Bildirilib ki, belə olacağı təqdirdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Vans çox güman ki, Konqresin hər iki palatasından açıq şəkildə başqa bir paketə səs vermələrini xahiş edəcəklər. Trampın belə bir addım atması isə onun üçün çox siyasi çevriliş olduğunu sübut edə bilər", - deyə vurğulanıb.

Qeyd edək ki, ötən gün ABŞ və Ukrayna nümayəndə heyəti arasında Ciddədə keçirilən görüşdən sonar Ukraynada 30 gün müddətinə atəşkəsin elan edilməsi ilə barədə razılıq əldə olunub.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr