AZ

 COVID-19 və qripdən qoruyan peyvənd yaradıldı

Kornell Universitetinin alimləri COVID-19 və qripə qarşı uzunmüddətli qoruma təmin edə biləcək yeni vaksin hazırlayıblar. 

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Science Advances" (SciAdv) jurnalında dərc olunub.

Bildirilib ki, innovativ peyvənd təkcə COVID-19 və qripdən qorunma təmin etmir, həm də mürəkkəb saxlama şəraiti tələb etmir. Bu isə xüsusən də resursları məhdud olan ölkələrdə peyvəndin daşınmasını və istifadəsini xeyli asanlaşdırır.

Dərmanın əsasını insanlar üçün təhlükəsiz olan vezikulyar stomatit virusu (VSV) təşkil edir. Alimlər əsas zülalları çıxararaq və hər iki virusdan antigenlər əlavə edərək onu dəyişdiriblər. Bu, immunitet sisteminə eyni anda iki xəstəlikdən qorunmağa imkan verir.

 Siçanlar üzərində aparılan təcrübələrdə vaksin yüksək effektivlik nümayiş etdirib.

Gülşən Şərif

Seçilən
53
10
bakivaxti.az

10Mənbələr