AZ

Bakı və İrəvan bir-birinə qarşı beynəlxalq müstəvidə qaldırılan iddiaları geri götürməyi müzakirə edir - Mirzoyan

Bakı. Trend:

Ermənistan və Azərbaycan beynəlxalq platformalarda bir-birinəqarşı qaldırdıqları iddiaları geri götürməyin mümkünlüyünü müzakirəedirlər.

Trend xəbər verirki, bunu Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan mətbuatkonfransında bildirib.

“Bəli, biz beynəlxalq hüquqi meydançalarda bir-birimizə qarşıolan mübahisələr, iddialar və şikayətlərdən imtina etməyin(mümkünlüyünü - red.) müzakirə edirik”, - deyə Mirzoyanbildirib.

O, əlavə edib ki, rəsmi İrəvan və Bakı eyni zamandaErmənistan-Azərbaycan dövlət sərhədlərindən üçüncü tərəflərinkənarlaşdırılması məsələsini müzakirə edir.

Ermənistan XİN rəhbəri hesab edir ki, müvafiq konstruktivyanaşma tətbiq etməklə qısa müddət ərzində Azərbaycan və Türkiyəilə münasibətlərdə nəzərəçarpan irəliləyişlərə nail olmaq olar.

Məqalədə:
Seçilən
16
4
az.trend.az

7Mənbələr