AZ

Emin İbrahimovun 10 il həbsi istənilir


Keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Daha sonra sənədlər tədqiq edilib.
Təqsirləndirilən şəxsin vəkili Fəxrəddin Mehdiyev vəsatət verərək Emin İbrahimovun ictimai-siyasi proseslərlə bağlı paylaşımlarının sənədlərə əlavə edilməsini xahiş edib. Vəkil, zərərçəkənin adının daxili işlər orqanlarında istintaq olunan işlərdə araşdırılmasını, rəy vermiş ekspertlərin şahid qismində dindirilməsini istəyib.
Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Daha sonra dövlət ittihamçısı çıxış edərək Emin İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.
Proses aprelin 11-də davam etdiriləcək.
Qeyd edək ki, Emin İbrahimov 2024-cü ilin iyul ayında cinayət məsuliyyətinə cəlb olunub. İttihama görə, o, iyulun 22-də Şükürov Kamal Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Seçilən
6
5
yeniavaz.com

9Mənbələr