AZ

Azərbaycanda benzin və dizel yanacağı satışından nə qədər gəlir ƏLDƏ EDİLİB?

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda yanacaq istehlakçıları 523,1 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, 2024-cü ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 6,7 faiz artıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,7 faiz gəlir əldə edilib.

Bizim.Media

Seçilən
24
2
bizim.media

4Mənbələr