AZ

Uçot dərəcəsi niyə sabit saxlanılır?

15:26 12.03.2025
15:26 12.03.2025

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.

Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Artıq bir neçə dəfədir uçot dərəcələri sabit saxlanılır.

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, uçot statistikası Azərbaycan Mərkəzi Bankının banklara verdiyi borcun faiz dərəcəsidir:

“Mərkəzi Bank bu uçot dərəcəsini infilyasiyaya görə tənzimləyir. Mərkəzi Bankın 2 əsas vəzifəsi var, birinci qiymət səviyyəsi, ikinci isə makro iqtisadi maliyyə sabitliyi ilə əlaqədardır. Bankların tənzimlənməsi, sığortanın tənzimlənməsinin requlyativ funksiyasıdır”.

Ekspert bildirib ki, hazırda infilyasiya 5.5-5.6% çərçivəsindədir:

“Mərkəzi Bank da dərəcəni infilyasiyanın üzərində saxlayır. Daha aşağı salmaq istəmir, çünki ölkədə infilyasiya məqamları var. Buraya Tarif Şurasının qərarları, kommunal xidmətlərin və yanacaq qiymətlərinin artırılması ölkədə infilyasiyanı artıran amillərdir. Buna görə də Mərkəzi Bank uçot dərəcəsini hələ aşağı salmır. AMB-nin uçot dərəcəsi bankların götürdüyü borcun faiz dərəcəsidir. Avropa Bankının bu sahədə qərarları ciddi iqtisadi rezonansa gətirib çıxarır. Amma bizdə o qədər də təsir etmir”.

Müsahibimizin sözlərinə görə, son illər əsas hədəflərdən biri uçot dərəcəsinin effetkiv alətə çevrilməsi ilə bağlıdır:

“Uçot dərəcəsinə təsir etməsi üçün addımlar atılır. Hələlik bu təsirləri görmürük. Amma dediyim kimi bankların pula ehtiyacı olarsa, Mərkəzi Bankdan hərraclarda götürdüyü faiz dərəcələrinə təsir göstərir. 5 il əvvəlki dövrlə müqayisədə uçot dərəcələrinin əhəmiyyəti artıb. Əvvəllər bunun çox əhəmiyyəti yox idi, indi artıb. Amma bu dərəcələrin artıb azalması bankların kredit faizlərinə ciddi təsir göstərmir. Təsiri əvvəlki dövrlərə nisbətən artsa da ciddi səviyyədə deyil. Faiz dərəcələrinin aşağı salınmasının əsas səbəbi isə infilysiya ilə əlaqədar qayğılardır. Mərkəzi Bankın hədəf dərəcəsi 2-6% aralığındadır, ona görə də hələlik uçot dərəcələri aşağı salınmır”.


Seçilən
1
1
mynews.az

10Mənbələr