Hüquq-mühafizə orqanlarının əməkdaşları sosial şəbəkələrdə hakimiyyətə qarşı zorakılığa çağırış edən və terror təşkilatının fəaliyyətini təbliğ edən Pskov vilayəti sakinini saxlayıb.
NOCOMMENT.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, həmin şəxs solçu radikal hərəkatın liderlərindən biri və anarxiya tərəfdarıdır. Hazırda o, istintaq təcridxanasındadır.
Bundan əvvəl Saxalin məhkəməsi hökumətin devrilməsinə çağırış edən şəxsi iki il müddətinə azadlıqdan məhrum edib.