AZ

“Porsche”-də geriləmə: Qlobal satışı azalıb

Alman lüks avtomobil istehsalçısı “Porsche AG” 2024-cü il üçün gəliri əvvəlki illə müqayisədə 30,3 % azalaraq 3,595 milyard avro təşkil edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında yayımlanan hesabatda bildirilir.

Məlumata görə, şirkətin əməliyyat mənfəəti 22,6 % azalaraq 5,64 milyard avroya düşüb. Vergilər və faizlər çıxıldıqdan sonra isə bu göstərici 3,595 milyard avro təşkil edib.

"Porsche" şirkətinin rəhbəri Oliver Blume bildirib ki, bu nəticələr avtomobil sənayesindəki ümumi gərginlikdən xəbər verir. 

O, mənfəətin azalmasını yeni model sıralarına yatırılan böyük sərmayələrlə və Çində satışların kəskin şəkildə -28% düşməsi ilə əlaqələndirib.

Xatırladaq ki, şirkət 2029-cu ilə qədər xərcləri azaltmaq məqsədilə 1,9 min daimi və 2 min müvəqqəti iş yerinin ixtisara salınacağını elan edib.

Seçilən
13
cebheinfo.az

1Mənbələr