Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç Çempionlar Liqasının 1/8 finalının “Lill” ilə cavab oyunundan gözləntisini açıqlayıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, xorvat mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu, əllinin əlliyə bir oyundur. Birinci oyun bərabər idi, odur ki, bu oyun da ona yaxın olacaq. Mənim komandam daha artıq təcrübəyə malikdir, mən isə ümidvaram ki, bu, həlledici xüsus olacaq. Biz, bizinci oyunun ikinci hissəsində çox ölüvay idik. Biz topun arxasınca qaçmalıyıq. Bu oyunda biz məhz bunu etməliyik”, deyə Niko Kovaç vurğulayıb.
“Lill” – “Borussiya” oyunu bu gün, martın 12-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 21:45-də başladacaq.
Xatırladaq ki, Dortmunda keçirilmiş ilk oyunda komandalar 1:1 hesablı heç-heçə oynayıblar.