AZ

Tramp yeni "Tesla" aldı

ABŞ prezidenti Donald Tramp söz verdiyi kimi yeni "Tesla" avtomobili alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkələrdə yayılan videolarda Trampın Ağ Evin qarşısında dayanmış qırmızı "Tesla" avtomobilinin yanında jurnalistlərə açıqlama verməsi əks olunub. 

Onun yanında "Tesla"nın sahibi İlon Mask və oğlu da olub.

Tramp bir daha Maska dəstəyini ifadə edərək, ona çox ədalətsiz davranıldığını və bir qrup insan tərəfindən vətənpərvər olduğuna görə cəzalandırıldığını bildirib.

Tramp qeyd edib ki, ona avtomobili idarə etmək icazəsi yoxdur, lakin aldığı "Tesla" Ağ Evdə qalacaq və onu heyətinin üzvləri idarə edəcək.

Seçilən
19
operativmm.az

1Mənbələr