AZ

Amerika hərbi yardımı Polşa vasitəsilə Kiyevə çatdırır

Polşa-Ukrayna sərhədi yaxınlığındakı Yasionka hava limanında POLLOGHUB logistika mərkəzi vasitəsilə Amerikanın Ukraynaya hərbi yardımının çatdırılması bərpa edilib. Vətəninfo.az xəbər verir ki , bu barədə X səhifəsində Polşa müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.

“Yasionkadakı POLLOG HUB logistika mərkəzindən Ukraynaya Amerika silahlarının tədarükü bərpa edilib”, o yazıb.

POLLOGHUB yardımın Ukraynaya çatdırıldığı Jasionkada Polşanın logistika mərkəzidir.

Öz növbəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski ukraynalı həmkarı Andriy Sibiha ilə Varşavada görüşdən sonra Amerikanın Kiyevə silah tədarükünün tam bərpa olunduğunu təsdiqləyib.

Martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri Ciddədə danışıqlar aparıb, nəticədə Ukrayna tərəfi 30 günlük atəşkəs təklifini dəstəkləyib, Amerika tərəfi isə öz növbəsində hərbi yardımın çatdırılmasını və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etdiyini bəyan edib.

Seçilən
13
veteninfo.az

1Mənbələr