Sumqayıtda intihar hadisəsi olub.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında 18 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.
43 yaşlı Murad Bəxtiyar oğlu Yusifov məktəbin yaxınlığında özünü ağacdan asıb. Onun asılmış meyitini sakinlər aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Mərhumun hansı səbəbdən özünü öldürdüyü hələlik bəlli deyil.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.