AZ

AMB: Kapital bazarına daha çox emitentin cəlb edilməsi buraxılışların keyfiyyətinə təsir edə bilər

Kapital bazarına daha çox emitentin cəlb edilməsi buraxılışların keyfiyyətinə mənfi təsir göstərə bilər.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Qiymətli kağızların qeydiyyatı şöbəsinin müdiri Asəf Məmmədov 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.

Onun sözlərinə görə, hər bir ölkədə nəzarət orqanlarının qərarları əsas sayılır və listinq prosesi ilə bağlı qeyri-müəyyənliklər bazar iştirakçıları üçün əlavə çətinliklər yarada bilər.

“Məsələyə paralel yanaşsaq, Bakı Fond Birjası (BFB) tərəfindən müsbət qərarın verilməsi, lakin AMB-nin buraxılışa imtina etməsi emitentlər və birja üçün vaxt və maliyyə itkilərinə səbəb ola bilər. Eyni zamanda, bu məlumatın bazara çıxması BFB-nin reputasiyasına da mənfi təsir edə bilər”, - deyə A.Məmmədov vurğulayıb.

Seçilən
26
report.az

1Mənbələr