“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayında bir qrup şəhid ailələri üçün iftar məclisi təşkil edilib.
Şirkətlər Qrupunun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Azərbaycanın suverenliyi uğrunda canından keçmiş 100-dən çox şəhidin xanımları və anaları iftar məclisində iştirak edib. Dəvətlilər sırasında VŞQ-nin Bakıdan və regionlardan olan şəhid əməkdaşlarının ailə üzvləri də olub.