AZ

Görünməmiş əyləncə: Qadınlar 8 mart hədiyyələrini belə yedi

İnternetdə qadınların adi gül buketləri ilə fotoşəkilləri əvəzinə 8 Martdan sonra lalə yedikləri əks olunan video görüntülər populyarlaşıb.

Publika.az xəbər verir ki, bu barədə “Krasnodar və region” nəşrində dərc olunan məqalədə qeyd olunub.

"Bu əyləncə ciddi problemlərə səbəb ola bilər. Yemək pozğunluqları və allergiya mümkün problemlərin yalnız kiçik bir hissəsidir. Çiçəklərin tərkibində mədə-bağırsaq sistemini zədələyən, selikli qişaları qıcıqlandıran və xroniki xəstəlikləri şiddətləndirən zəhərli maddələr var", - deyə həkimlər bildirib.

Anestezioloq Olqa Arepyeva gül yeyənlərə xəbərdarlıq edib ki, hətta zərif tumurcuqlara toxunmaq belə reaksiya verə bilər.

Qeyd olunur ki, güllərin yetişdirilməsində kimyəvi maddələrdən istifadə olunur. Həmin maddələr isə bitkilərin üzərində qalır və yeyildikdə istər-istəməz orqanizmə daxil olur.

Seçilən
11
publika.az

1Mənbələr