AZ

Suriyada keçid dövrü 5 il davam edə bilər

Suriyada keçid dövrü 3 ildən 5 ilə qədər davam edə bilər.

Yenisabah.az “Əl-Cəzirə”yə istinadla xəbər verir ki, bu barədə konstitusiya layihəsində deyilir.

Layihəyə əsasən, ölkənin prezident respublikası olacağı ehtimal edilir. Ölkə qanunvericiliyi İslam hüququ prinsiplərinə əsaslanacaq. Həmçinin milli ordunun əsas vəzifəsi “vətənin və Suriya vətəndaşlarının qorunması, ölkədə vətəndaş sülhünün təmin edilməsi” olacaq. Silaha malik olma yalnız dövlət məmurlarına aid olacaq.

Sənəd ölkə konstitusiyasının əvvəlki redaksiyalarına, xüsusilə 1950-ci il Əsas Qanununun prinsiplərinə əsaslanır.


Telegram kanalımız
Seçilən
37
yenisabah.az

1Mənbələr