Keçmiş basketbolçu və “Miluoki Baks” klubunun sahibi Junior Bricman 72 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, o, xeyriyyə tədbiri zamanı halı pisləşdikdən sonra dünyasını dəyişib.
Bricman karyerası ərzində “Miluoki Baks” (10 mövsüm) və “Los Anceles Klippers”də (2 mövsüm) çıxış edib. O, 1987-ci ildə karyerasını başa vurub.
Keçmiş basketbolçunun sərvəti 600 milyon dollardan çox olub.