AZ

Oleq Bakinski aclıq aksiyasına başladı

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivinin (Oleq Bakinski) və onunla birgə mühakimə edilən, Ukraynada müdafiə sənayesi nazirinin keçmiş müavini Kuçer Konstantin Antonoviçin məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas Oleq Bakinskinin vəkilinin vəsatəti ilə başlayıb.

Vəkil müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib. Müdafiəçi deyib ki, Oleq Krapivin artıq aclıq aksiyasına başlayıb. Həmçinin az ağır cinayətdə ittiham edilir. Bu səbəblərdən ev dustaqlığına buraxılması ədalətli olar.

Məhkəmə vəsatəti əsassız sayaraq rədd edib.

Sail Ağasəlim

Seçilən
20
qafqazinfo.az

1Mənbələr