AZ

AMEA Tarix və Etnologiya İnstitutu Dogruxeber.az-la əlaqədar məhkəməyə müraciət edəcək

“Dogruxeber.az (Azərbaycan informasiya portalı)” adlı portalda AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu haqqında həqiqəti əks etdirməyən yazı verilib.

Bu barədə Heftelik.az-a Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, iş o yerə çatıb ki, yazıda institut “korrupsiya halları”nda ittiham olunub: “Yazının sonunda göstərilib ki, “Yuxarıda qeyd olunan məlumatlarla bağlı rəhbərliyin mövqeyini öyrənmək cəhdlərimiz təəssüf ki, uğursuz oldu”. Bildirmək istəyirik ki, bu sayt tərəfindən instituta heç bir rəsmi müraciət edilməyib. Yazıdakı bu və digər böhtan dolu məqamlar nəzərə alınaraq, “Dogruxeber.az” barədə məhkəməyə müraciət ediləcək”.

 

 

Seçilən
21
heftelik.az

1Mənbələr