Bakının mərkəzində velosipedçilər üçün nəzərdə tutulan işıqforlar quraşdırılıb.
Bizim.Media xəbər verir ki, o cümlədən, paytaxtın Nəsimi rayonu ərazisində, Xəqani küçəsində, Rixard Zorge küçəsi ilə kəsişmədə (Elit Gimnaziya binasının yaxınlığında) işıqforlar quraşdırılıb.
Bu cihazlar yeni nəsildir, onlar LED işıqlandırmadan istifadə edirlər və axşam saatlarında daha çox görünürlər.
Svetoforlar Bakıda velosipedçilərin rahatlığı və mikromobilliyin inkişafı istiqamətində daha bir addımdır. (Caliber.az)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta