Ermənistanın Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Serj Sarkisyana qarşı yeni ittihamlar irəli sürüb və onun barəsində ölkəni tərk etməmək barədə yazılı vəsatət şəklində həbs-qətimkan tədbiri seçilib.
Ölkə.az xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb.
Bildirilir ki, iş İrəvandakı İsakov prospekti və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi faktı üzrə başlanıb. Sarkisyan xüsusilə irimiqyaslı mənimsəmə və xüsusilə irimiqyaslı çirkli pulların yuyulmasında ittiham olunur.
Həmidə İbrahimova