AZ

U-17 Lüksemburqa böyük hesabla uduzdu

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində Lüksemburqa məğlub olub.

Fanat.Az xəbər verir ki, B Liqasının II qrupunda yer alan yığma rəqibinə 0:5 hesabı ilə yenilib.

Qarşılaşma Bayıl stadionunda baş tutub.

Qrupun digər oyununda Bolqarıstan Maltaya 5:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrupun bütün görüşləri Bakıda keçirilir.

Seçilən
13
2
fanat.az

3Mənbələr